İrakli Kobaxidze: Rusiya və daha dörd ölkə Gürcüstanın ərazi bütövlüyünü tanımır

Rusiya Federasiyası və daha dörd ölkə (Venesuela, Nikaraqua, Nauru, Suriya - red) Gürcüstan hökumətinin ölkə ərazisinin 20 faizdən çox hissəsi üzərində (separatçı Abxaziya və Cənubi Osetiya - red) yurisdiksiyasını tanımır.

"Report"un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.

Baş nazirin sözlərinə görə, Gürcüstan daxilində də hökumətin ölkə ərazisinin 100 faizi üzərində yurisdiksiyasını qəbul etməyən ekstremist qruplar fəaliyyət göstərir:

"Həm xarici, həm də daxili səviyyədə ölkənin ərazi bütövlüyü və konstitusiya quruluşunu tanımayan qüvvələr mövcuddur və bu hallar dövlət üçün ciddi təhlükə yaradır".

İrakli Kobaxidze vurğulayıb ki, hökumət hər iki təhdidə qarşı prinsipial mövqe tutur.

"Xarici işğala qarşı mübarizə "İşğal olunmuş ərazilər haqqında" qanun çərçivəsində aparılır, daxili ekstremizmə qarşı isə Cinayət Məcəlləsində nəzərdə tutulan müvafiq maddələr tətbiq edilir".

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49