Ermənistanda məhkəmə Parakar icmasının rəhbəri Volodya Qriqoryanın qətlində təqsirləndirilən Gevork Arutyunyanın həbsinin müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i İstintaq Komitəsinə istinadən məlumat yayıb.
"Həbs qətimkan tədbiri daha iki ay uzadılıb", - İstintaq Komitəsindən bildirilib.
Məhkəmə daha əvvəl işdəki ikinci şübhəli şəxs - Narek Oqanyanın da həbs müddətini uzadıb.
Xatırladaq ki, V.Qriqoryan və onun yaxın dostu, cinayət axtarış əməkdaşı Karen Abramyan sentyabrın 23-də gecə Parakar icmasının tərkibinə daxil olan Merdzavan kəndində güllələnib.