Ermənistanda Parakar icmasının rəhbəri Volodya Qriqoryanın qətlə yetirilməsi fonunda Armavir vilayətinin Cinayət Axtarışı İdarəsinin rəisi polkovnik Artur Bdoyan istefaya göndərilib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Buna səbəb icma başçısının və onun dostu, Cinayət Axtarışı İdarəsinin əməkdaşı Karen Abramyanın qətlə yetirilməsidir.
Cinayətkar hələ də tapılmayıb. Hadisə sentyabrın 23-də gecə saatlarında Merdzavan kəndində baş verib. KİV-in məlumatına görə, cinayət qan davası ilə bağlı ola bilər.