Ermənistanda arxiyepiskop iki ay müddətinə həbs edilib

Ermənistanda məhkəmə Eçmiədzin dəftərxanasının rəhbəri, noyabrın 27-də saxlanılan arxiyepiskop Arşak Xaçatryan barəsində qətimkan tədbiri olaraq iki aylıq həbs qərarı seçib.

"Report" xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

İstintaqın versiyasına görə, Xaçatryan 2018-ci ildə etiraz aksiyası zamanı bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edən fəallardan birinin çantasına narkotik vasitə yerləşdirməyi kiməsə tapşırıb. Xaçatryan bunu etirazçıları gözdən salmaq məqsədi ilə edib.

Digər xəbərlər