Ermənistan XİN sözçüsü: “Türkiyə vətəndaşını sərbəst buraxmağa hazırıq”

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Ermənistan Türkiyənin 16 yaşlı vətəndaşı Umut Ali Özmeni geri qaytarmağa hazırdır".

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan sentyabrın 26-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Umutun atası Mustafa Özmen oğlunu aparmaq üçün Ermənistandadır.

Qeyd edək ki, Umut Ali Özmen heyvan otararkən azaraq Türkiyə-Ermənistan sərhədini keçib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24