​Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi kəskin azalıb

Bakı. 2 mart. REPORT.AZ/ Ötən ilin yanvarı ilə müqayisədə bu ilin birinci ayında Ermənistanla Rusiya arasında xarici ticarət dövriyyəsi 31% azalaraq, 73,4 milyon dollar təşkil edib.

"Report" Ermənistan KİV- inə istinadən xəbər verir ki, bu məlumatı ölkənin Milli Statistika Xidməti yayıb. 

Xəbərdə bildirlib ki, hesabat müddətində MDB ölkələri ilə xarici ticarət dövriyyəsi 85 milyon dollar təşkil edib.

Digər xəbərlər

Bursada meşə yanğını başlayıb 08 avqust, 2026 / 19:42