Bakı. 5 dekabr. REPORT.AZ/ Türkiyənin Bursa əyalətinin Nilufər rayonunun Odunluk bölgəsində tikinti meydanında yanğın olub.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Bursa-İzmir avtomobil yolunun yaxınlığında baş verib.
Qısa zamanda yanğı ətrafı bürüyüb. Yanğın səbəbindən Bursaya qatarların hərəkəti dayandırılıb.
DHA-nın məlumatına görə, yanğın nəticəsində bir nəfər ölüb.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.