Bolqarıstanın Rusiyadakı diplomatik nümayəndəliyinin binasında yanğın olub, 60 nəfər təxliyyə edilib

Bakı. 2 dekabr. REPORT.AZ/ Bolqarıstanın Rusiyadakı diplomatik nümayəndəliyinin yerləşdiyi üçmərtəbəli binada baş verən yanğın nəticəsində 60-dan çox əməkdaş təxliyyə edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvanın hüquq-mühafizə orqanları məlumat yayıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbi araşdırılır.

Digər xəbərlər