Almaniya XİN başçısı Türkiyə ilə Aİ üzvlüyü mövzusunda danışıqların dayandırılmasına qarşı çıxıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü mövzusunda danışıqların dayandırılmasına qarşı çıxıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Almaniya XİN başçısı bu barədə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Avropa paytaxtları yox, Ankara Avropa İttifaqı ilə danışıqlarla bağlı qərar qəbul etməlidir. Şəxsən mən danışıqların dayandırılmasının əleyhinəyəm" - Frank-Valter Ştaynmayer deyib.

Almaniya XİN başçısı ölkəsinin Türkiyə ilə münasibətlərin inkişafı üçün mümkün olan hər şeyi etdiyini vurğulayıb.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40