Ahmet Yıldız: BMT PKK, YPG/SDG-ni Suriyada fəaliyyət göstərən terror təşkilatları sırasına daxil etməlidir

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız qurumun Təhlükəsizlik Şurasının növbəti iclasında PKK-nın və onun uzantıları olan YPG/SDG-nin Suriyada fəaliyyət göstərən terror təşkilatları sırasına əlavə edilməsi ilə bağlı çağırış edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, bu barədə Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, PKK dəfələrlə mülki şəxslərin ölümünə səbəb olub.

A.Yıldız, həmçinin oktyabrın 23-də Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında baş vermiş terror aktında da PKK-nın əlinin olduğunu bildirib: “TUSAŞ təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkəsində terrorla mübarizəyə dəstək verir”.

Diplomatın sözlərinə görə, PKK terror təşkilatı həm də Suriyanın ərazi bütövlüyü və suverenliyi üçün təhdiddir: “Terror təşkilatları ekstremizmi gücləndirmək üçün xaosdan istifadə edir”.

A.Yıldız, həmçinin Suriyada dərinləşən böhran barədə də danışıb və bildirib ki, bu, regional təhlükəsizlik üçün təhdiddir.

Digər xəbərlər

Paşinyan yeni müşavir təyin edib 08 dekabr, 2025 / 20:02