Ahmet Yıldız: BMT PKK, YPG/SDG-ni Suriyada fəaliyyət göstərən terror təşkilatları sırasına daxil etməlidir

Ahmet Yıldız: BMT PKK, YPG/SDG-ni Suriyada fəaliyyət göstərən terror təşkilatları sırasına daxil etməlidir Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız qurumun Təhlükəsizlik Şurasının növbəti iclasında PKK-nın və onun uzantıları olan YPG/SDG-nin Suriyada fəaliyyət göstərən terror təşkilatları sırasına əlavə edilməsi ilə bağlı çağırış edib.
Region
24 Oktyabr , 2024 09:24
Ahmet Yıldız: BMT PKK, YPG/SDG-ni Suriyada fəaliyyət göstərən terror təşkilatları sırasına daxil etməlidir

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız qurumun Təhlükəsizlik Şurasının növbəti iclasında PKK-nın və onun uzantıları olan YPG/SDG-nin Suriyada fəaliyyət göstərən terror təşkilatları sırasına əlavə edilməsi ilə bağlı çağırış edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, bu barədə Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, PKK dəfələrlə mülki şəxslərin ölümünə səbəb olub.

A.Yıldız, həmçinin oktyabrın 23-də Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında baş vermiş terror aktında da PKK-nın əlinin olduğunu bildirib: “TUSAŞ təkcə Türkiyədə deyil, dünyanın bir çox ölkəsində terrorla mübarizəyə dəstək verir”.

Diplomatın sözlərinə görə, PKK terror təşkilatı həm də Suriyanın ərazi bütövlüyü və suverenliyi üçün təhdiddir: “Terror təşkilatları ekstremizmi gücləndirmək üçün xaosdan istifadə edir”.

A.Yıldız, həmçinin Suriyada dərinləşən böhran barədə də danışıb və bildirib ki, bu, regional təhlükəsizlik üçün təhdiddir.

Son xəbərlər

Orphus sistemi