Sami Yusuf Azərbaycana dəstək verib

Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna dəstəyini ifadə edib.

“Report” xəbər  verir ki, sənətçi bununla bağlı “Twitter” səhifəsində paylaşım edib.

“Düşüncələrim və dualarım Azərbaycanladır”, - S.Yusuf paylaşımda qeyd edib.

O, bu paylaşımına "Qarabağ Azərbaycandır” həştəqini  əlavə edib.

Digər xəbərlər