Qax rayon Şəhidlər xiyabanında 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, anım mərasimində rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti, qazilər və şəhidlərin yaxınları iştirak ediblər.
Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib. Azərbaycan ordusunun 44 gün ərzində düşmən üzərində qazandığı qələbənin şəhidlərin canı-qanı bahasına əldə olunduğu bildirilib.