Qarabağda Ermənistan ordusunun daha bir əsgəri ölüb

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistanın daha bir əsgəri ölüb. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, fevralın 8-də Xankəndidəki hospitala yerləşdirilən 1999-cu ildə anadan olmuş Ayk Akopyan orada ölüb.

Həkimlər ona meninqokoksemiyanın iti forması diqnozu qoyubmuş.  

Digər xəbərlər

Azərbaycanda Anım Günüdür 27 sentyabr, 2026 / 00:00