Öcal Oğuz: “Şuşa şəhərində dağıdılmış mədəniyyət abidələri bərpa edilməlidir”

“Türk dünyasının mədəniyyət paytaxtı” olan Şuşa şəhərində dağıdılmış mədəniyyət abidələri bərpa edilməlidir”.

“Report” xəbər verir ki, bunu TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyasının rəhbəri Öcal Oğuz bu gün ADA Universitetində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında deyib.

O qeyd edib ki, Azərbaycan UNESCO tərəfindən 15 dekabr tarixinin Türk Dili Günü elan edilməsi ideyasını həmişə dəstəkləyib.

"Biz əməkdaşlığımızda sinerji müşahidə edirik. Bizi türk dili birləşdirir", - o deyib.

Xəbər lenti

Xəzər dənizində zəlzələ olub 27 aprel, 2025 / 19:08