Azərbaycan Ordusu Ağdərədə yerləşən qərargaha zərbə endirib, düşmən xeyli itki verib

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib", - Nazirlikdən bildirilib.

Digər xəbərlər