MN: "Azad edilən ərazilərdə 200 hektaradək ərazi minalardan tam təmizlənib"

Cari ilin iyun ayı ərzində azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində 200 hektaradək ərazi minalardan tam təmizlənib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30890 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Digər xəbərlər