Mehriban Əliyeva Kəlbəcər və Laçından paylaşımlar edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı rəsmi hesabında Kəlbəcər və Laçın rayonlarından paylaşımlar edib.

"Report" xəbər verir ki, Birinci vitse-prezident yazıb:

"İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz Kəlbəcər və Laçın rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN"

Digər xəbərlər