İtkin-şəhid Dəyanət Musayev dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Dəyanət Musayev dəfn olunub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, onun nəşinin qalıqları Ucar rayonunun Boyat kənd qəbiristanlığında dəfn olunub.

Dəfn prosesi hərbi orkestrin müşayiəti və yaylım atəşi altında həyata keçirilib.

Qeyd edək ki, D.Musayev 1973-cü ildə Ucarın Boyat kəndində anadan olub. O, 1994-cü il fevralın 14-də Kəlbəcərin Yanışaq kəndində itkin düşüb.

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Dəyanət Musayevlə vida mərasimi keçirilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, mərhumla vida mərasimi Ucar rayonunun Boyat kəndində olub.

Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Nəşin qalıqları vida mərasimindən sonra dəfn olunması üçün Boyat kənd qəbiristanlığına aparılacaq.

Digər xəbərlər