"Biz bir güllə addım atmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytardıq".
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
"Beləliklə, biz müharibəni hərbi-siyasi yollarla həll etdik. Yenə də deyirəm, təkbaşına, heç bir vasitəçi olmadan", - dövlət başçısı bildirib.