Fransa səfiri: “Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləyirik”

“Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini dəstəkləyirik”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Zakari Qros deyib.

“Ümid edirəm ki, 2020-ci ildə danışıqlar prosesi üçün uğurlu olacaq və tərəflər arasında təmas xəttində hər hansı gərginlik olmayacaq”, - səfir bildirib.

Bu il yanvarın 28-30-da Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü baş tutub.

Görüşün yekununda Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yaxın zamanlarda keçirilməsi qərara alınıb.

Daha əvvəl ABŞ-ın Azərbaycandakı səfiri də Qarabağ münaqişəsi üzrə danışıqların davam etdiriləcəyinə ümidvar olduğunu söyləmişdi.

Digər xəbərlər