Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə, habelə meşə massivlərində yanğınlar törətməkdə davam edir.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, dünən təcavüzkar Ermənistan növbəti ekoloji terror törədib. Belə ki, Ermənistanla sərhəddə, döyüş zonasından kənarda yerləşən Tovuz rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində meşəlik ərazidə yanğın baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb. Yanğının sıx meşəliyə keçməsinin qarşısı alınıb.
Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Ağdam rayonunda vətəndaşa məxsus təsərrüfat obyektində də yanğın baş verib. Yanğın FHN DYMX-nin müvafiq qüvvələri tərəfindən söndürülərək alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Xəbər verildiyi kimi, 30 oktyabrda döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində meşəlik ərazidə yanğın baş vermişdi. Mürəkkəb dağlıq relyefə malik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
Ermənilərin atəşləri nəticəsində meşələrdə və mülki obyektlərdə yanğınlar baş verib
Digər xəbərlər
Xocalı sakini: Qorxu içində çıxdığımız yurdumuza indi sevinc göz yaşları ilə qayıdırıq
22 oktyabr, 2026 / 14:46
Ağdərə sakini: 11 yaşımda tərk etdiyim Vəngli kəndinə yenidən qayıtmaq çox qürurvericidir
22 oktyabr, 2026 / 13:50
Alman turist: Bakıda Qarabağda şəhid olanların xatirəsinə ucaldılmış abidəni gördüm
20 oktyabr, 2026 / 19:06
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
20 oktyabr, 2026 / 17:09
Məmmədbəyli kənd sakini: Zəngilanda bizim üçün təsəvvür etmədiyimiz qədər əla şərait yaradılıb
20 oktyabr, 2026 / 14:37
Zəngilan Şəhəri Günü ilk dəfə silsilə tədbirlərlə qeyd olunur
20 oktyabr, 2026 / 13:47
Belarus parlamentinin sədri Ağdamda aqroşəhərciyin tikintisinin gedişatı ilə tanış olub
19 oktyabr, 2026 / 12:46
Moldovanın səfiri: Qarabağdakı insanların xoşbəxt üzləri burada həqiqətən həyat olduğunu göstərir
10 oktyabr, 2026 / 14:30
İranlı səyyah Qarabağın təbiətini və bərpanın miqyasını yüksək qiymətləndirib
10 oktyabr, 2026 / 14:05
Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə prosesi ilə tanış olublar
10 oktyabr, 2026 / 13:20
Filippinli səyyah: İnfrastrukturun inkişafı Qarabağa daha çox xarici turist cəlb edəcək
10 oktyabr, 2026 / 11:06
Forest Kaveni: Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə fəxr edə bilər
10 oktyabr, 2026 / 11:05
Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib
10 oktyabr, 2026 / 11:05
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər
10 oktyabr, 2026 / 09:38
Amerikalı səyyah Qarabağın mənzərələrinin və tarixi abidələrinin gözəlliyini qeyd edib
09 oktyabr, 2026 / 17:11
Amerikalı səyyah: Qədim Xudavəng məbədini ziyarət etməyi hər kəsə tövsiyə edirəm
09 oktyabr, 2026 / 14:50
Polşalı səyyah Kəlbəcərdə infrastrukturun və tarixi abidələrin bərpasını yüksək qiymətləndirib
09 oktyabr, 2026 / 14:29