Şuşa şəhəri 28 ildən sonra Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Bu münasibətlə Bərdə şəhərində yerli sakinlər küçələrə çıxaraq sevincli xəbəri qeyd edirlər.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Bu gün Bərdədə hər kəs əllərində üç rəngli bayrağımızla küçələrə çıxaraq "Qarabağ bizimdir, bizim olacaq", "Qarabağ Azərbaycandır" şüarları səsləndirirlər.
Hər kəs Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdarlığını bildirirlər.
Foto/Video: Elçin Murad