Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 110-na çatıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd olunur ki, artıq 12 xəstə sağalıb. Bu günə qədər 68 nəfər təcrid olunub və COVID-19 ilə bağlı 1 724 test aparılıb.