Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Goranboy rayonu Gülüstan kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.