ATƏT MQ həmsədrləri dekabrda Almaniyada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Bakı. 22 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri dekabrın əvvəllərində təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparacaq. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Qeyd edək ki, ATƏT XİNŞ-in iclası dekabrın 8-9-da Almaniyanın Hamburq şəhərində keçiriləcək.

Digər xəbərlər