Bakı. 13 dekabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 13-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində monitorinq keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, monitorinq insidentsiz başa çatıb.