Almaniya Bundestaqının üzvləri işğal altında olan Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i pisləyərək Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər.
“Report” xəbər verir ki, Xristian Demokrat İttifaqının parlamentdəki nümayəndələrindən Mark Hauptmann “Twitter”dəki hesabında yazıb: “Ermənistan ilə Rusiya Dağlıq Qarabaqla oynamağa dərhal son qoymalıdır. Avropa Komissiyası çox haqlı olaraq bizim birmənalı olaraq Azərbaycana məxsus ərazilərdə hər hansı saxta seçkiləri tanımadığımızı bildirir”.
Deputatlardan Helin Evrim Sommer: “Dağlıq Qarabağdakı rejimin koronavirus pandemiyası dövründə dırnaqarası seçki keçirməsi əhalinin sağlamlığı baxımdan da siyasi məsuliyyətsizlikdir”.
Nikolas Löbel: “Biz “prezident seçkiləri”nin keçirilməsini tanımırıq. Onlar gələcək statusun təyin olunmasına, yaxud davam edən danışıqların nəticəsinə təsir edə bilməz. Biz münaqişənin dinc yolla həllinə yönələn bütün səyləri dəstəkləyirik”.