Füzuli sakinlərinin öz yurdlarına geri qaytarılmaları və evlə təmin olunmaları önəmli addımdır.
Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında ABŞ-dən olan səyyah Kler Qribbin (Claire Gribbin) danışıb.
O, Azərbaycana səfər etməkdən çox böyük zövq aldığını vurğulayıb:
“Mən dağları və təbiəti sevirəm, ona görə də bu əraziləri görəndə həyəcanlandım. Bu qədər qısa müddətdə belə böyük işlərin görülməsi sadəcə, möhtəşəmdir. Xüsusilə, əvvəllər orada yaşamış insanların Füzuliyə yenidən köçürülməsini və onlara ev verilməsini görmək məni məmnun etdi. Düşünürəm ki, bu, çox önəmli bir layihədir. Şuşa isə heyrətamizdir”.
Amerikal səyyah Azərbaycanın tarixi barədə öyrəndiyi müəəyyən fakrlar haqqında da fikirlərini bölüşüb:
“Şərqdə qadınlara ilk dəfə səsvermə hüququ verilən dövlət Azərbaycan olub. Bu, çox maraqlı məlumatdır, əvvəllər bilmədiyim bir şey idi. Ona görə də bu səfər sayəsində Azərbaycan haqqında çox şey öyrəndiyimi deyə bilərəm.
Bura dünyanın ən qədim bölgələrindən biridir. Bu səfərə gəlməzdən əvvəl oxuyub-öyrəndiyim məlumatlardan biri də Azərbaycanın inkişafa meyilli, irəliyə baxan, regionda sülh yaratmağa çalışan bir ölkə olması ilıə bağlı idi”.