Sahibə Qafarova: "Azərbaycanın dinc sakinlərinə qarşı törədilmiş bu vəhşətin acısı unudulmayacaq"

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı rəsmi feysbuk səhifəsində paylaşım edib.

“Report”un xəbərinə görə, paylaşımda deyilir:

“Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ildə erməni dəstələri tərəfindən Azərbaycanın dinc sakinlərinə qarşı törədilmiş bu vəhşətin acısı illər keçsə də, unudulmayacaq. Soyqırımına məruz qalmış bütün sakinlərimizi və şəhidlərimizi dərin hüznlə yad edirik!”.

Digər xəbərlər