Azərbaycan "Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya"ya qoşulur.
"Report" xəbər verir ki, qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, Azərbaycan 1970-ci il martın 18-də Haaqa şəhərində imzalanmış "Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya"ya bəyanatları və qeyd-şərtləri ilə qoşulur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.