Budris: Litva Azərbaycanla parlament əlaqələrinin möhkəmləndirilməsini alqışlayır

Litva Azərbaycanla parlament əlaqələrinin möhkəmləndirilməsini alqışlayır.

"Report" xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bakıda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə yaxşı görüş keçirdik. Litva Seymi ilə Azərbaycan parlamenti arasında əlaqələrin möhkəmləndirilməsini alqışlayır və parlament diplomatiyasını siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi, eləcə də ölkələrimizin xalqları arasında təmasların inkişafı üçün mühüm alət kimi nəzərdən keçiririk", - XİN rəhbəri yazıb.

Digər xəbərlər