Bakı. 29 dekabr. REPORT.AZ/ “Azərbaycan parlametinin 100 illiyi ilə bağlı tədbirlər gələn ilin iyunun 10-na qədər keçiriləcək”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
O bildirib ki, bununla bağlı müvafiq qurumlar işlər görür. O.Əsədov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.