Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad edilir

Bakı. 24 dekabr. REPORT.AZ/ Naxçıvan Ali Məhkəməsinin iki hakimi vəzifəsindən azad olunur.

“Report” xəbər verir ki, Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan layihədə Məhkəmə-Hüquq Şurasının təkliflərinin nəzərə alınaraq Polad Həsənovun və Qabil Məmmədovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi təklif edilir.

Dəyişiklik layihəsi Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Digər xəbərlər