Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) bugün keçirilən plenar iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.
“Report” xəbər verir ki, layihəyə əsasən, “Dərman vasitələri haqqında” qanunun 6-cı (Dərman vasitələrinin dövlət qeydiyyatı) maddəsinin 1-ci bəndində dəyişiklik edilir.
Dövlət qeydiyyatı məqsədilə dərman vasitələrinin və həmin dərman vasitəsinin istehsalında istifadə edilən dərman maddəsinin (dərman substansiyasının) nümunələrini ölkə ərazisinə qanunvericiliklə müəyyən edilən miqdarda müvafiq icra hakimiyyəti orqanı, istehsal və ya topdansatış əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələr, xarici istehsalçının Azərbaycandakı yerli nümayəndəliyi və ya yerli nümayəndəliyi olmadığı halda, xarici istehsalçının müvəkkil etdiyi şəxs idxal edə bilər.
Bu bənd hazırda belədir: Bu qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir.
Qanunun 8-ci (Dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti) maddəsinə də dəyişiklik edilir.
Maddəyə yeni bənd əlavə edilir. Bəndə əsasən, dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq, bütün müalicə-profilaktika müəssisələri, dərman vasitələrinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin təhlükəsiz şəkil istifadəsini təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq farmakonəzarət üzrə işləri həyata keçirir və bu sahə üçün məsul şəxs təyin edir.
Qanunun 14-1-ci (Bioloji fəallığa malik qida əlavələri) maddəsinə də yeni - 14-1.6-cı bəndi əlavə edilir.
Bioloji fəallığa malik qida əlavələrinin əmtəə adı və əmtəə nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınan dərman vasitəsinin əmtəə adı və əmtəə nişanı ilə eyni ola bilməz.
Qanunun 16-cı (Dərman vasitələri haqqında informasiyanın yayımlanması) maddəsinə yeni - 16.5-ci bəndi əlavə olunur.
Bəndə qeyd olunur ki, müalicə-profilaktika müəssisələrinin farmakonəzarət üzrə məsul şəxsləri, dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi və ya onun müvəkkil etdiyi şəxs dərman vasitələrinin əlavə təsirləri və digərə əlaqədar problemləri barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.
Dəyişiklik layihəsi müzakirələrdən sonra qəbul olunub.
MM dərman vasitələrinin dövlət qeydiyyatı ilə bağlı qanunvericiliyə edilən dəyişikliyi qəbul edib
Digər xəbərlər
Milli Məclisdə Hərbi xidmət haqqında yeni qanun layihəsinin hazırlanması təklif olunub
23 oktyabr, 2026 / 12:34
Terrorla mübarizə ilə bağlı iki məcəlləyə dəyişikliklər qəbul edilib
23 oktyabr, 2026 / 11:58
Milli Məclis hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib
23 oktyabr, 2026 / 11:57
Parlament Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələrini ratifikasiya edib
23 oktyabr, 2026 / 11:56
Rizvan Nəbiyev: Regionda sülhün qorunması üçün Ermənistan konstitusiyasını dəyişməlidir
23 oktyabr, 2026 / 11:46
Deputat: Ermənistan rəhbərliyi praktiki sülhün əhəmiyyətini ciddi dərk etmir
23 oktyabr, 2026 / 11:38
Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək
23 oktyabr, 2026 / 11:03
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
22 oktyabr, 2026 / 11:51
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
20 oktyabr, 2026 / 21:24
Milli Məclisin növbəti iclası oktyabrın 23-də keçiriləcək
20 oktyabr, 2026 / 18:09
Sahibə Qafarova TÜRKPA-nı gənclər siyasətini gücləndirməyə çağırıb
20 oktyabr, 2026 / 16:16
Əcnəbi aqronom, bağçılıq üzrə mütəxəssis və baytar həkimlərə Azərbaycanda yaşamaq icazəsi veriləcək
20 oktyabr, 2026 / 12:01
Zabit, gizir, miçman və MAXE-nin məsuliyyəti artırılır
20 oktyabr, 2026 / 12:01
Hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarəti gücləndirilir
20 oktyabr, 2026 / 12:00
Sadır Japarov TÜRKPA-ya üzv dövlətlərin parlament sədrlərini qəbul edib
20 oktyabr, 2026 / 11:34
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır - Rəy
19 oktyabr, 2026 / 23:00
İlkin hüquqi yardım göstərəcək paraleqalların ali təhsil sahəsinə dair tələb qoyulmayıb
19 oktyabr, 2026 / 17:25