Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı

Milli Məclisin (MM) sabahkı – martın 13-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Bu barədə “Report”a MM-in Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Onun szölərinə görə, iclasın gündəliyinə 18 məsələ daxil edilib.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı, “Əmanətlərin tam sığortalanması haqqında” və Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi barədə və digər qanun layihələri müzakirəyə çıxarılacaq.

Digər xəbərlər