Milli Məclisin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı məlum olub.
"Report" xəbər verir ki, sessiyanın qanunvericilik işləri planına 5 yeni qanun layihəsininin hazırlanması daxil edilib.
Həmin sənədlər Dövlət Qulluğu Məcəlləsi, "Dövlət xidmətləri haqqında", "Daxili qoşunlar haqqında", "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" və "Uşaq hüquqları haqqında" qanun layihələridir.