Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin may ayında keçiriləcək üçüncü plenar iclasının tarixi açıqlanıb.
“Report”un xəbərinə görə, iclas mayın 15-də keçiriləcək.
Plenar iclasın gündəliyi yaxın günlərdə açıqlanacaq.
Xatırladaq ki, parlamentin bu aya planlaşdırılan ilk iclasları mayın 1-də və 4-də keçiriləcək.