Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı dinlənilib.
“Report”un xəbərinə görə, hesabatı Ombudsman Səbinə Əliyeva təqdim edib.
Müzakirələrdən sonra hesabat səsverməyə çıxarılaraq qəbul edilib.
*** 11:54
Milli Məclisin plenar iclası davam edir.
“Report” xəbər verir ki, iclasda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik məruzəsi dinlənilir.
Sənədi Ombudsman Səbinə Əliyeva təqdim edir.