“Bir çox bölgələrdə ambulator tibb müəssisələrinin yenidən qurulmasına ehtiyac var”.
“Report” xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin noyabrın 10-da keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O xatırladıb ki, ölkədə icbari tibbi sığorta sistemi tətbiq olunanadək rayonlarda fəaliyyət göstərən tibb müəssisələri dövlət vəsaiti hesabına təmir olunurdu: “İcbari tibbi sığorta sisteminin tədbiqindən sonra bu gün yenidən qurulmağa ehtiyacı olan müəssisələrin aqibəti necə olacaq?! Deputat seçildiyim Qusar rayonunda da bu cür müəssisələr kifayət qədərdir”.