Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanda heyvanları məhv edən və incidənlərə qarşı sərt cəza tədbirləri görüləcək.
“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Eldar İbrahimov deyib.
O deyib ki, bununla bağlı İnzibati Xəta və Cinayət məcəllələrinə dəyişiklik edilə bilər: “Başqa ölkələrdə heyvanlara diqqət və qayğı göstərirlər. Azərbaycanda heyvanları incidənlərə qarşı cəza tədbirləri görülür, amma bu, daha da sərtləşdirilə bilər”.