Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı medal təsis olunacaq.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
O bildirib ki, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik olunacaq.