"Tağıyev: Məktəb" filmi "Ən yaxşı rejissor" nominasiyasının qalibi olub

Zaur Qasımlının "Tağıyev: Məktəb" filmi VI "Korkut Ata" Türk Dünyası Film Festivalında "Ən yaxşı rejissor" nominasiyasının qalibi olub.

"Report"un İstanbula ezam olunan əməkdaşı xəbər verir ki, mükafat festivalın bağlanış mərasimində rejissor Zaur Qasımlıya təqdim edilib.

Məlumat üçün qeyd edək ki, film böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan "Tağıyev" filminin sonuncu - dördüncü hissəsidir.

Bakı Media Mərkəzinin istehsalı olan ekran işində XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.

Layihə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyinin dəstəyi, "Neqsol Holding", "Kapital Bank", "Bakcell" və "Norm" şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.

Digər xəbərlər