Əli Əsədov: Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinin başlanacağına ümidvarıq

Baş nazir Əli Əsədov yaxın zamanlarda Heydər Əliyev adına Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinin yaxın zamanda başlanacağına ümid etdiyini bildirib.

"Report"un məlumatına görə, Ə. Əsədov Siqnaxidə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxış edərkən mədəni-humanitar sahənin hər zaman olduğu kimi əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qaldığını deyib.

O qeyd edib ki, iki ölkədə yaşayan azərbaycanlı və gürcü icmaları münasibətlərin inkişafında xüsusi rol oynayırlar:

"Onların ana dilində təhsil imkanlarının təmin olunması və müvafiq məktəblərin fəaliyyəti xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir".

Digər xəbərlər