100 kiloqramdan çox çəkisi olan qızıl unitaz hərraca çıxarılacaq

İtalyanın konseptualist rəssamı Mauritsio Kattelan tərəfindən hazırlanan unikal qızıl unitaz "Sotheby's" hərracının əsas lotu olacaq.

"Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti yazıb.

Onun başlanğıc qiyməti 10 milyon ABŞ dolları səviyyəsində müəyyən edilib.

Bildirilib ki, 18 karatlıq qızıldan hazırlanmış 100 kiloqramdan çox çəkisi olan "Amerika" adlı unitaz noyabrın 18-də Nyu-Yorkda hərraca çıxarılacaq.

M.Kattelan, həmçinin 6,2 milyon dollara satılan divara lentlə yapışdırılmış banandan ibarət olan "Komediyaçı" instalyasiyası ilə də məşhurdur.

Digər xəbərlər

Əfqanıstanda internet qadağan edilib 18 sentyabr, 2025 / 03:39