Qazaxıstanda yeni kəpənək növü aşkar edilib

Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb.

Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevin şərəfinə "Scythobrya kozybayevi" elmi adı verilib.

Bu il onun anadan olmasının 95 illiyi tamam olub. Yeni növün təsviri "Entomological Studies" beynəlxalq elmi jurnalında dərc edilib.

Digər xəbərlər