"Rabitəbank" ASC bu ilin I yarısını 10,382 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2 dəfə çoxdur.
Yanvar-iyun aylarında "Rabitəbank"ın gəlirləri 64,3 milyon manat (illik müqayisədə 19,2 % çox), xərcləri 53,413 milyon manat (22,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 506 min manat (10,2 dəfə az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə "Rabitəbank"ın aktivləri 1 025,467 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,2 % çoxdur. Bunun 661,271 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 26,9 % böyüyüb.
Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 6 % artaraq 912,532 milyon manat , o cümlədən depozit portfeli 5,2 % azalaraq 611,588 milyon manat, balans kapitalı isə 7,9 % artaraq 112,935 milyon manat təşkil edib.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 20,13 %-i Validə Abbasovaya, 14,51 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 14,45 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri),9,11 %-i Dilarə Nuriyevaya, 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.