"PAŞA Sığorta" ASC digər hüquqi şəxslərin nizamnamə kapitalına investisiya qoymağı planlaşdırır.
"Report" bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, bu məsələ oktyabrın 26-da "PAŞA Sığorta" ASC-nin yeganə səhmdarı olan "PAŞA Holdinq" MMC-nin nümayəndəsi ilə müzakirə ediləcək
Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır.