“İnnovasiyalar Mərkəzi” auditor seçib

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə məxsus “İnnovasiyalar Mərkəzi” MMC 2022-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Azəruçot" MMC-dir.

Qalib şirkətə 8 min manat ödəniləcək.

Digər xəbərlər