Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 % artıb

Bu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 35 milyard 739,4 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,45 %, ilin əvvəlinə nisbətən 11,9 %, ötən il oktyabrın 1-i ilə müqayisədə 15,1 % çoxdur.

Kredit qoyuluşunun 24 milyard 885,7 milyon manatı və yaxud 69,6 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 14,75 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 8 milyard 799,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 15,9 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,45 %-dən 24,6 %-ə çatıb.

Oktyabrın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 2 milyard 54,7 milyon manat olub. Bu, illik müqayisədə 16,4 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,7 %-dən 5,8 %-ə qalxıb.

Azərbaycanda 21 bank fəaliyyət göstərir, onlardan 4-ü dövlət payına malikdir. BOKT-ların sayı isə 51-dir.

Digər xəbərlər